Haqqımızda
Ümummilli Liderimiz tərəfindən qurulmuş və Cənab Prezidentimiz tərəfindən mükəmməl idarə edilməsi sayəsində uğurla dinamik inkişaf edən Azərbaycan Respublikasının dayanıqlılığının və dahada inkişafını arzulayaraq görmək isdədiyimizə əsasən öz növbəmizdə 26 may 2011-ci il tarixində “ AZ -KOM Servis” Məhdud Məsuliyyətli Cəmiyyətini təsis etdik .
Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən 28 iyun 2011-ci il tarixində, SEN-1062 qeydiyyat nömrəli, № 069330 saylı neft məhsullarının satışına dair LİSENZİYA aldıq .
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən 21 avqust 2019-cu il tarixində EL -526\2019 qeydiyyat nömrəli toksiki istehsalat tullantılarının utilizasyasına dair XÜSUSİ LİSENZİYA aldıq.
Biz, “AZ-KOM Servis” Məhdud Məsuliyyətli Cəmiyyəti 2011-ci ildən faktiki fəaliyyət göstəririk .
Fəaliyyətimiz neft Məhsullarının alqı- satqısı və Toksiki istehsalat tullantılarının utilizasyası sahəsidir.
Fəaliyyət dövrümüzdə əlavə olaraq 2011-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə aramızda bağlanmış 98\2 saylı və 123 saylı xidmət müqaviləsinə əsasən Heydər Əliyev adına Neft Emalı zavodunun 9 nömrəli sexində yığılıb qalmış neft şlamının təmizlənməsini, daşınmasını yüksək keyfiyyətlə və qısa müddət ərzində icra etmişik. 2012-ci ildə Ekoloji təmizlik işlərinin aparılmasında “EKOL ŞİRKƏTİ” ilə bizim müəssisə birgə fəaliyyət göstərmişdir.
Belə ki, 150 ildən artıq fəaliyyət göstərib şəhərin Qara Şəhər adlanmasına səbəb olan zavodların 50 hektardan cox ərazilərini, həcmi 85000 kub metr olan Nobel qardaşlarından qalma 4 anbarın, Ərzurum qəsəbəsində çənlər parkındakı gölməçələrin təmizlənməsi işini başa çatdıraraq bu əraziləri ekoloji yararlı vəziyyətə gətirmişik ki, bu da “Ağ Şəhər” in salınması üçün əlverişli şərait yaradılmışdır. 2016-2017-ci illərdə Heydər Əliyev adına Hava Limanının ərazisində mövcud olan və tullantı neft məhsulları ilə çirklənmiş göllərin təmizlənməsi işləri uğurla həyata keçirilmışdir.
Digər faktiki icra etdiyimiz cox saylı uğurlu müqavilələr də mövcuddur.
Azərbaycan Respublikasının dinamik inkişafına dəstək olmaq məqəsədi ilə yenədə neft məhsullarının satışı, tullantı neft şlamından təmizlənmə, toksik hala gəlmiş neft məhsullarının daşınması təmizlənməsi, çənlərin dib cöküntülərini qum qalıqlarının, neft yağlarının təmizlənməsi və digər sahələrdə müqavilə bağlayaraq uğurla icra edə bilərik.